Cənubi Qafqaz
Ermənistandakı “Məxməri inqilab”da toqquşma başlayır: jurnalist döyüldü
İrəvanda müxalifətin mitinqinin işıqlandırılması zamanı
“Vətəndaşların məlumatlandırılması ittifaqı” təşkilatının
jurnalisti Tirayr Muradyan döyülüb.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri
Daniyel İoannisyan məlumat yayıb.
Məlumata görə, jurnalisti mülki geyimli şəxslər döyüb.
“Ərazidəki polislər hadisəyə müdaxilə etməyib. Jurnalisti döyən
şəxslərin fotolarını əldə etmişik. Yaxın saatlarda yayacağıq”, -
deyə İoannisyan bildirib.
T.Muradyan xəstəxanaya yerləşdirilib. Jurnalistin üz nahiyəsində və
başında travmalar var.
Jurnalist onu döyən şəxslərin özlərini qəribə apardığını
bildirib.
“Onlar mitinq iştirakçısı deyildilər. Daim kiminləsə telefonda
danışır və baş verənlər haqqında məlumat ötürürdülər. Onlar mənim
jurnalist olduğumu bilirdilər, çünki xüsusi geyimdə idim. Mənə
hücumla bağlı ərazidəki polislərə məlumat verdim. Polislərin cavabı
isə belə oldu: “İndi biz nə edək?!”, - deyə o qeyd edib.
Asif
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək