İrəvana MÜHARİBƏ ELAN EDİLDİ: əsas dayağını itirən Sarkisyanı gözləyən 3 BÖYÜK TƏHLÜKƏ
Bizi izləyin

Cənubi Qafqaz

İrəvana MÜHARİBƏ ELAN EDİLDİ: əsas dayağını itirən Sarkisyanı gözləyən 3 BÖYÜK TƏHLÜKƏ

Ermənistan diasporu Serj Sarkisyana müharibə elan etdi.

Publika.az
xəbər verir ki, erməni siyasi şərhçi Tevos Arşakyan Ermənistanda hakimiyyətin vəziyyətinin ağırlaşdığını yazır.

O, kütləvi aksiyanın genişləndiyini, İrəvanla yanaşı, Gümrü, Vanadzor və digər şəhərlərə də keçdiyini qeyd edir: “Hətta Ermənistanın sərhədlərindən kənarda da Sarkisyana qarşı etiraz dalğası böyüyür. Əvvəlcə Moskvada, daha sonra Marsel və Los-Ancelesdə erməni icmaları Sarkisyan rejiminə qarşı etiraz aksiyası keçirtdi. Məhz bu faktor qəsbkar Sarkisyanı qorxuya saldı. Heç kimə sirr deyil də Sasrkisyan hakimiyyəti üçün ölkə daxilində xalqın etirazı o qədər də qorxulu deyil. Çünki istənilən etirazı polis, ordu və oliqarxların köməyi ilə yatıra biləcək. Sarkisyan üçün 3 təhlükəli məqam var”.

Arşakyan yazır ki, təhlükəli məqamlardan biri hakimiyyət aparatının xəyanəti, ikincisi, Moskvanın dəstəyinin kəsilməsi, üçüncüsü isə, erməni diasporunun qarşı çıxmasıdır.

“Hakimiyyət aparatı və Moskva hələ ki Sarkisyanı dəstəkləyir. Lakin erməni diasporubu dəstəyə qarşı çıxdı. Xüsusilə Moskva, Marsel və Los-Ancelesdə erməni icmalarının aksiyaları rejimi qorxuya saldı. Rusiya, Fransa və ABŞ erməni diasporunun ən güclü olduğu yerlərdir. İlk olaraq, Moskvada Ermənistan səfirliyinin önündə aksiya keçirildi. Hətta qorxmuş səfir Vartan Toqonyan Rusiya hüquq-mühafizə orqanlarına müraciət etdi. Nəticədə rus polisi aksiyanı dağıtdı. Marseldə etirazçılar Ermənistan konsulluğuna daxil ola bildi və divardan Sarkisyanın portretini çıxararaq yandırdılar. Los-Ancelesdə isə erməni icmasının nümayəndələri ABŞ hökumətindən Ermənistanda hakimiyyəti zəbt etmiş Sarkisyanın cəzalandırılmasını tələb etdilər. Sarkisyanın özü yaxşı xatırlayır ki, Levon Ter-Petrosyanı məhz diasporun dəstəyi ilə devirə bildilər. Rejim yaxşı anlayır ki, Fransa və ABŞ-da diasporun dəstəyini itirmək, avtomatik olaraq bu ölkələrin də dəstəyindən məhrum olmaq deməkdir. Bu, Sarkisyanın rejiminin sonu ola bilər”, - deyə o vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm