Ermənistan bir neçə hissəyə parçalanacaq VƏ... – Hadisələrin MÜMKÜN SSENARİSİ
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan bir neçə hissəyə parçalanacaq VƏ... – Hadisələrin MÜMKÜN SSENARİSİ

“Rusiya Serj Sarkisyana qarşı Ermənistanda keçirilən etirazlara şəxsi hərbi bazada qiyam kimi baxır və vəziyyətin Ukrayna ssenarisi üzrə getməməsi üçün ölçüləri hazırlayır”.

Publika.az xəbər verir ki, bu haqda ekspert, beynəlxalq hüquq mütəxəssisi Ruslan Osipenko “ObozTV”nin efirində bildirib.

“Ermənistan Rusiya üçün Qafqazda çox əhəmiyyətli dayaq nöqtəsidir. Orada Rusiyanın hərbi bazası yerləşir və sərhədlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə birgə qorunur. Rusiya beynəlxalq münasibətlərdə Ermənistandan İran, Türkiyə və Azərbaycan kimi ölkələrə qarşı alət kimi istifadə edir”, - Osipenko deyib.

Ekspert əmindir ki, Rusiya Ermənistanda mənfi ssenarinin inkişaf etməsinə imkan verməyəcək:

“Moskva İrəvanı sadəcə, itirmək istəmir. Bu mənafe konfliktidir. Pis ssenari üzrə qarşıdurma Ermənistan ərazinin bir hissəsinin itirilməsi və ya ölkəni hissələrə bölünməsi ilə nəticələnə bilər. Amma Rusiya Ermənistan üçün çox möhkəm dayanacaq. O Qafqazda geosiyasi müttəfiqini asanlıqla verməyəcək”.

Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti Ukraynada olduğu kimi, etirazçıların güllələnməsi əmrini verməyəcək.

“Düşünürəm ki, orada Rusiyanın xüsusi xidmət orqanlarının müdaxiləsi olacaq və hansısa bir sakitləşdirici addımlar atılacaq. Mümkündür ki, Serj Sarkisyanı əvəz edəcəklər, yaxud da vaxt udmaq və özü üçün münasib modeli tapmaq üçün danışıq prosesinə daxil olacaqlar. Amma Rusiya Ermənistanın özündən uzaqlaşmasına və müstəqil xarici siyasəti həyata keçirməsinə imkan verməyəcək, çünki, o çox əhəmiyyətlidir”, - Osipenko yekunlaşdırıb.

Xatırladaq ki, “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir olmasına qarşı aksiyalar aprelin 13-dən keçirilir. Aprelin 17-də Paşinyan Ermənistanda "məxməri inqilabı"n başlandığını bəyan edib. Aksiya iştirakçıları vaxtaşırı mitinqlər, təntənəli yürüşlər keçirir, paytaxtın mərkəzi küçələrini bağlayır və dövlət orqanlarının işinə mane olmağa çalışırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm