Cənubi Qafqaz
Ermənistanın daha 3 şəhərində İNQİLAB BAŞLADI: Barrikada döyüşü olacaq - CANLI YAYIM
İrəvandakı aksiyalar zamanı saxlanılanların sayı 62-yə
çatıb.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu
barədə Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan
deyib.
Agentliyin İrəvandakı müxbirinin məlumatına görə, Ermənistanda daha
3 şəhərdə Serj Sarkisyana qarşı etiraz aksiyaları başlayıb.
Bu gün Eçmiədzin şəhərində yüzlərlə insan küçələrə çıxıb, həmçinin,
Gümrü və Vanadzor şəhərlərində də aksiyalar davam edir.
İrəvanla yanaşı, hər üç şəhərdə də etirazçılar barrikadalar qurmağa
başlayıb.
***
İrəvanda “Malatya” ticarət mərkəzinin işçiləri də Nikol
Paşinyanın rəhbərlik etdiyi aksiyaya qoşulub.
Publika.az xəbər verir ki, ticarət mərkəzinin əməkdaşları
Maştosa prospektini və Tumanyan küçəsini bağlayıblar.
Məlumata görə, nümayişçilər küçələrdə barrikadalar qurublar. Bundan
sonra polislər nümayişçilərə hücum edib. Həbslər başlanıb.
Qarşıdurma davam edir.
***
Ermənistan polisi İrəvanda Serj Sarkisyanın baş nazir
olmasına etiraz edən aksiya iştirakçılarını müdaxilə etməklə
hədələyib.
Publika.az xəbər verir ki, polisin xəbərdarlığında
aksiyaya liderlik edən Nikol Paşinyana etirazı dayandırmaq çağırışı
edilib.
“Aksiya rəhbərliyi xəbərdarlığa əməl etməsə, polis qanunla müəyyən
edilmiş qaydada müdaxilə edəcək”, - deyə xəbərdarlıqdan
bildirilir.
Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyi də aksiya ilə bağlı
məlumat yayıb.
Məlumatda deyilir ki, “aksiyaçılar Müdafiə Nazirliyinə məxsus
binaları blokadaya almaqdan və orduya aid avtomobillərin yollarını
kəsməkdən çəkinməlidir. Bu halla baş verərsə, Müdafiə Nazirliyi
sərt tədbirlərə əl atacaq”.
***
Paşinyan və Polis təntənəli yürüşün təşkili haqqında
razılaşdı.
İrəvanda etiraz aksiyasına rəhbərlik edən “Elk” fraksiyasının
lideri Nikol Paşinyanla şəhər polisinin rəis müavini Valeri Osipyan
təntənəli yürüşün təşkili haqqında razılaşıb.
Publika.az xəbər verir ki, hazırda etirazçılar
Norkski massivində toplaşıb. Polis əvvəlcə təntənəli yürüşün
qarşısını alıb, aksiya iştirakçılarından bəzilərini həbs edib.
V. Ospiyan Paşinyana bildirib ki, təntənəli yürüşün marşrutunu
açıqladıqdan sonra icazə verəcəklər. Lakin etirazçılara yolları və
binalara girişi bağlamayacağı təqdirdə, yürüş keçirmək şəraiti
yaradılacaq.
Paşinyan bildirib ki, gecə ərzində aksiya iştirakçılarına qarşı
zorakılıq tətbiq olunub: “Onlardan bir neçəsinin avtomobili
sındırlıb”.
***
İrəvanda Serj Sarkisyanın istefasını tələb edən
aksiyaların 9-cı günü başlayıb.
Publika.az xəbər verir ki, etirazçıların lideri Nikol
Paşinyan mitinqə paytaxtın 7-ci mikrorayonundan başlayacaqlarını
açıqlayıb.
Aksiya iştirakçıları küçələri bağlamaq istəyərkən polislə
qarşıdurma yaşanıb. Etirazçılar polis koridorunu yarmağa cəhd
ediblər.
İrəvan polis rəisinin müavini Valeri Osipyan Paşinyana
yaxınlaşaraq, aksiyanın qanunsuz olduğunu, digər insanların
hüquqlarının pozulduğunu deyib.
Paşinyan isə tərəfdarlarını Norkski massivinə toplaşmağa çağırıb.
Məqsəd bundan sonrakı addımların müzakirə edilməsi və hərəkət
planının hazırlanmasıdır.
Asif
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı