Paşinyandan xəbər yoxdur - Sarkisyan onu İrəvandan QAÇIRTDI
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyandan xəbər yoxdur - Sarkisyan onu İrəvandan QAÇIRTDI

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan Sevan polis bölməsinə aparılıb.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda onun vəkili Rüstəm Badasyan öz feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, hazırda millət vəkilinin yeri məlum deyil.

“Nikol Paşinyan Sevan polis bölməsində deyil. Bölmədə deyirlər ki, gün ərzində burada olub, hazırda isə burada deyil. Suallara heç bir cavab yoxdur. Düşünürəm ki, vəziyyət 1937-ci ildən daha pisdir.

Qeyd edək ki, dünənki mitinqlər zamanı 277 nəfər həbs edilib. Onların arasında etirazçıların digər liderləri olan Ararat Mirzoyan və Sasun Mikayılyan da var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm