Sarkisyanın Qarabağla bağlı ŞOK PLANI - Erməni şərhçi HƏR ŞEYİ AÇDI
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyanın Qarabağla bağlı ŞOK PLANI - Erməni şərhçi HƏR ŞEYİ AÇDI

Ermənistan daxilində xalqın etirazının qarşısını ala bilməyən və ölkəyə nəzarəti itirən baş nazir Serj Sarkisyan Qarabağda yeni cəbhə açır.

Publika.az
xəbər verir ki, erməni siyasi şərhçi Ermənistanın Azərbaycan Ordusu haqqında yaydığı videonu şərh edərək, bunun cəmiyyətin diqqətini yayındırmağa hesablanmış addım olduğunu yazıb.

“Ermənistan rəhbərliyi bu cür informasiya ilə əhalinin diqqətini yayındırır. Hərçənd, Sarkisyanın nəzarətdən çıxan vəziyyəti ələ almaq üçün Qarabağda yeni cəbhə aça bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı videonun növbəti təxribat olduğu deyilir.

“Nümayiş etdirilən kadrlar Azərbaycan ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib. Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir. Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm