Cənubi Qafqaz
Sarkisyan ağ bayraq QALDIRDI - Moskvanın adamından BƏYANAT
Ermənistan baş nazirinin müavini Karen Karapetyan “Yelk” müxalifət blokundan Ermənistan parlamentinin üç deputatının toxunulmazlığının ləğv edilməsi haqqında xahişi geri çağırmaq üçün Baş prokurorluğa müraciət edib.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Karapetyanın özü bildirib.
“Bu gün qərar qəbul etdik və mən baş prokurora müraciət etdim ki, deputatlar haqqında xahişi geri götürsün. Və mən indi danışıqlar aparmaq və vəziyyətə həll tapmaq üçün cənab Paşinyanla görüşə gedirəm. Sabahkı gün çox əhəmiyyətlidir və düşünürəm ki, bizdə məntiq var. Bütün dünyaya mürəkkəb məsələləri həll edə biləcəyimizi göstərə bilərik”, - o, jurnalistlərlə söhbət zamanı deyib.
Qeyd edək ki, bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sarkisyan, prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanın iştirakıyla müşavirə keçirilib. Əlavə edək ki, Karen Karapetyan Serj Sarkisyanla birgə Ermənistan hakimiyyətində Moskvanın əsas adamı hesab olunur.
Xatırladaq ki, Serj Sarkisyanın baş nazirliyinə qarşı kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan, onun silahdaşları Ararat Mirzoyan və Sasun Mikayelyan dünən saxlanılıb. Deputatların həbsi üçün Baş Prokurorluq xahişlə onların deputat toxunulmazlığının məhrum edilməsi üçün parlamentə müraciət etməlidir.
Ermənistanda etiraz aksiyaları aprelin 13-də başlayıb. Aprelin 17-də isə Nikol Paşinyan "məxməri inqilab"ın başlandığını bəyan edib. Polis nümayişçilərə qarşı güc tətbiq edir. Dünən İrəvanda 277 nümayişçi saxlanılıb. Etirazçılar onların təcili azad edilməsini, baş nazir Serj Sarkisyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA