Cənubi Qafqaz
Sarkisyanın istefası ailəsini VURDU
Ermənistanın baş naziri postundan istefa verən Serj Sarkisyanın anası Nora Sarkisyanın vəziyyəti pisləşib.
Publika.az “Armenpress”ə istinadən xəbər verir ki, o, hazırda “Nairi” tibb mərkəzindədir.
“Nora Sarkisyan profilaktik müalicə kursu alır. Onun vəziyyəti kafidir”, - tibbi mərkəzin həkimi Nonna Martirosyan bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Serj Sarkisyan bu gün istefa verib.
O, səhv etdiyini etiraf edib.
"Sonuncu dəfə dövlət başçısı kimi sizə müraciət edirəm. Etiraz aksiyasının lideri Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll var, amma onlardan heç birinə getməyəcəyəm. Bu mənlik deyil. Mən ölkəmizin rəhbəri vəzifəsini tərk edirəm. Mən sizin tələbinizi yerinə yetirirəm", - mətbuat xidməti Sarkisyanın sözlərini sitat gətirib.
Xatırladaq ki, Ermənistanda Serj Sarkisyanın baş nazirliyinə qarşı etiraz aksiyaları aprelin 13-də başlayıb. Aprelin 17-də isə Nikol Paşinyan "məxməri inqilab"ın başlandığını bəyan edib. Polis nümayişçilərə qarşı güc tətbiq edir. Etirazçılar onların təcili azad edilməsini, baş nazir Serj Sarkisyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Ömər
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA