Paşinyan istədiyi postu AÇIQLADI: “Seçicilərin 90 faizi…”
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan istədiyi postu AÇIQLADI: “Seçicilərin 90 faizi…”

Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan baş naziri olmağa hazırdır.

Publika.az xəbər verir ki, o, bu haqda keçirdiyi brifinqdə bildirib.

“Əgər xalq məsuliyyəti üzərimə qoyarsa, baş nazir olmağa hazıram”, - müxalifət lideri deyib.

Müxalifətçinin sözlərinə görə, seçicilərin 90 faizi onu dəstəkləyir.

Xatırladaq ki, Serj Sarkisyan dünən istefa verib. Onun baş nazirliyinin qarşı etiraz aksiyaları aprelin 13-də başlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm