“Ciddi imtahan qarşısındayıq” – Sarkisyan danışıqlara BAŞLAYIR
Bizi izləyin

Cənubi Qafqaz

“Ciddi imtahan qarşısındayıq” – Sarkisyan danışıqlara BAŞLAYIR

Ermənistan prezidenti Armen Sarkisyan bu gündən parlament və parlamentdən kənar siyasi güclərin nümayəndələri ilə konsultasiyalara başlayır.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə prezidentin verdiyi bəyanatda deyilir.

Prezident Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyanın və baş nazir vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyanla planlaşdırılan görüşün ləğv edilməsinə görə təəssüfləndiyini bildirib.

“Tərəflər arası dialoqa start vermək fövqəladə dərəcədə əhəmiyyətlidir. Təəssüflənirəm ki, danışıqlar kəsildi. Ölkəmiz və gənc demokratiyamız ciddi imtahan qarşısındadır. Yaranmış vəziyyətdən narahat olduğum üçün bu gündən vəziyyətin müzakirəsi və çıxış yolları üçün parlament və parlamentdən kənar güclərlə konsultasiyalara başlayıram. Ümid edirəm ki, birgə səylər və qarşılıqlı anlaşma yolu ilə həllin mümkün yollarını tapmağı bacaracağıq”, - bəyanatda qeyd edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm