Cənubi Qafqaz
Erməni generalın bu gün təcili şəkildə Azərbaycana gəlməsinin SİRRİ - İrəvan üçün DƏHŞƏTLİ 2 YOL
Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general
Movses Akopyan bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ
bölgəsinə gəlib.
Publika.az xəbər verir ki, erməni general Xankəndində
qondarma rejimin “prezidenti” Bako Saakyan və “müdafiə naziri” ilə
görüşüb.
Ermənistan mediası bu səfərin təcili və gözlənilməz olduğunu
yazıb.
Akopyanın səfərinin Qarabağdakı erməni ordusunu yoxlamaq məqsədi
daşıdığı deyilir. Lakin Ermənistan tərəfinin cəbhədə yeni
təxribatlara əl ata biləcəyi ehtimalı də istisna edilmir.
Qeyd edək ki, bundan əvvəl Bako Saakyan cəbhə xəttindəki erməni
əsgərlərinə baş çəkərək, müdafiə xəttinin gücləndirilməsi
tapşırığını vermişdi. İndi Movses Akopyanın bu səfəri xüsusi diqqət
çəkir.
Ermənistandakı inqilabdan sonra işğalçı ölkədə daxili situasiya
qarışıqdır. Ekspertlər hesab edirlər ki, işğalçı cəbhədə yeni
təxribata əl ata və proseslər müharibənin başlanmasına səbəb ola
bilər.
Burada iki variantın olması mümkündür:
Birinci: ABŞ Paşinyanın əli ilə Qarabağda
müharibəni başladır və bölgədə Rusiyaya qarşı yeni cəbhə açır.
İkinci: Ermənistanda hakimiyyəti yenidən ələ almaq
istəyən “Qarabağ klanı” Rusiyanın dəstəyi ilə müharibəni başladır
və məğlubiyyəti Paşinyanın üzərinə yıxaraq, onu Levon Ter-Petrosyan
kimi hakimiyyətdən uzaqlaşdırır.
Bu istiqamətdə “kavkazplus” analitik portalının proqnozları da
diqqət çəkir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Movses Akopyan erməni ordusunun “aprel müharibəsi”ndə
məğlubiyyətindən sonra Serj Sarkisyan tərəfindən baş qərargah rəisi
postuna gətirilib. O, “Qarabağ klanı”nın üzvü sayılır, həmçinin, bu
gün Qarabağda qondarma rejimə “rəhbərlik” edənlər də bu klana
daxildirlər. Nikol Paşinyanın Putinlə görüşündən sonra Akopyanın
Qarabağa gəlməsi “Qarabağ klanı”nın müharibə yolu ilə hakimiyyətə
qayıdışı ssenarisini ön plana çəkir.
Asif
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama