Həmsədrlər gələn ay Paşinyanla görüşəcək
Bizi izləyin

Cənubi Qafqaz

Həmsədrlər gələn ay Paşinyanla görüşəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ) iyunda Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşəcəklər.

Publika.az
xəbər verir ki, bu barədə həmsədrlərin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, həmsədrlər mayın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Görüşdə sülh danışıqlarının irəliləyişi üçün variantlar müzakirə olunub.

Nazir Məmmədyarov Azərbaycan tərəfinin aktiv danışıqların yenilənməsi üçün hazır olduğunu bildirib.

Həmçinin, həmsədrlər iyunda Ermənistanın yeni rəhbərliyi ilə görüşəcəklərini bildiriblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm