İrəvanda nümayişçilər yolu bağladı: meriya binası mühasirəyə alındı - VİDEO/FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda nümayişçilər yolu bağladı: meriya binası mühasirəyə alındı - VİDEO/FOTOLAR - (YENİLƏNDİ)

Nümayişçilər bütün istiqamətlər üzrə meriya binasının qarşısındakı küçələri kəsiblər.

Bu haqda “Sputnik” agentliyinin hadisə yerində olan müxbiri bildirib.

Məlumata görə, meriyanın işi iflic olub. İnsanlar meriya binasının qarşısına toplaşmağa davam edirlər. Polis maneə olmağa çalışsa da, etirazçıların bəziləri binaya daxil olmağı bacarıblar.

Etirazçıların bir hissəsi bütün üçüncü mərtəbəni bloklayıblar. Bu mərtəbədə mer Markaryanın iş kabineti var. Onlar tələb edirlər ki, mer çölə çıxsın. Ancaq Markaryanın müavinləri onun binada olmadığını iddia edirlər. yoxdur.

Eyni zamanda Taron Markaryanın tərəfdarları meriya binasının qarşısında toplaşırlar.

***

İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər administrasiyasının binasına zorla giriblər.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinin hadisə yerində olan müxbiri bildirib.

Aksiya iştirakçıları merin kabinetinə keçməyə çalışırlar. Polislər və meriyanın əməkdaşları onların qarşısını kəsiblər.

Meriyanın aparat rəhbəri Sergey Makaryan Ermənistanın polis rəisi Valeri Osipyanı paytaxt administrasiyasının normal işini təmin etməyə çağırıb.

Qeyd edək ki, mer sabiq baş nazir Andranik Marqaryanın oğlu və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra müxalifətə keçən Respublika Partiyasının üzvüdür. Marqaryan 2011-ci ildən bu postu tutur.

İrəvan merinin istefası tələbi ilə etiraz aksiyası ötən həftə başlayıb.

Bundan başqa, İrəvanın mərkəzi ilə paytaxtın cənub-şərq rayonlarını birləşdirən əhəmiyyətli nəqliyyat xətti olan Arşakunyas küçəsi etirazçılar tərəfindən bağlanıb. Etirazçılar “Sasna Çrer” qrupunun həbsdəki üzvlərinin azadlığa buraxılmasını istəyirlər. Bu gün qrup üzvlərinin məhkəməsi keçirilir. Etiraz aksiyasının iştirakçıları hakimdən “Sasna Çrer”in üzvləri barəsində ehtiyat tədbirin dəyişdirilməsini tələb edirlər, əks halda bağlanmış küçələrin coğrafiyasını genişləndirməklə hədələyirlər. Etirazçılar hakimdən saat 16:00-a kimi tələb olunan qərarı qəbul etməsini tələb edirlər.

Xatırladaq ki, “Sasna Çrer” silahlı qrupu 2016-cı ilin yayında İrəvanın mərkəzində polis alayının binasını tutmuşdu. İki həftə boyunca binanı əllərində saxlayan qrup üzvləri iyulun 31-də hakimiyyətə təslim oldular.

Binanın tutulması zamanı polis polkovniki Artur Vanoyan öldürülmüş, daha üç polis yaralanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm