Cənubi Qafqaz
Sarkisyan Qarabağla bağlı Əliyevlə razılaşmışdı, lakin... - Papyan HƏR ŞEYİ AÇDI
“Danışıqlar masasında “Madrid prinsipləri” əsasdır. Bu,
yeddi rayonun Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını
nəzərdə tutur. Yalnız bundan sonra Qarabağın statusu məsələsi
müzakirə olunur”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Ara
Papyan deyib.
Papyan qeyd edib ki, danışıqlarda irəliləyişin olacağını demək
çətindir.
O, Nikol Paşinyanın Azərbaycan lideri ilə danışıq aparmaq
bacarığının olub-olmaması haqda müzakirələrə də münasibət
bildirib.
“Paşinyan prosesdən xəbərsizdir, çünki müxalifətdə olub. Məncə, onu
məlumatlandırmaq çətin olmaz. Əsas danışıqları xarici işlər
nazirləri aparacaq, liderlər daha yüksək səviyyədə görüşəcəklər.
Danışıqlar masasında əyləşmək Ermənistanda kimsə üçünsə üstünlük
deyil. Vaxtilə Sarkisyan ərazilərin böyük bir qismini Əliyevə
qaytarmağa razılaşmışdı. Sonrada proses pozuldu. Yəni danışıqlar
masasında Ermənistanı kimin təmsil etməsi yox, nəticə önəmlidir”, -
deyə o bildirib.
Erməni politoloq təklif edib ki, Ermənistanı danışıqlarda prezident
Armen Sarkisyan təmsil etsin.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?