Kremllə İrəvan arasında Qarabağla bağlı ŞOK MÜZAKİRƏ: Ermənistandan İNANILMAZ İSTƏK
Bizi izləyin

Cənubi Qafqaz

Kremllə İrəvan arasında Qarabağla bağlı ŞOK MÜZAKİRƏ: Ermənistandan İNANILMAZ İSTƏK

Şok detal

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyanın dünən reallaşan telefon danışığında Qarabağla bağlı müzakirələrin detalları ortaya çıxıb.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Mnasakanyanı Moskvaya dəvət edib. Yaxın günlərdə erməni nazirin Moskvaya səfəri gözlənilir.

Ermənistanın diplomatik mənbələri Lavrovun Mnasakanyana Qarabağ münaqişəsi üzrə danışıqların əhəmiyyətli mərhələyə keçməsinin vacibliyini çatdırdığını qeyd ediblər.

“Ermənistan Qarabağın danışıqlarda tərəf olmasını və Rusiyanın Azərbaycana silah satışının dayandırılmasını istəyir. Lavrovun cavabı müsbət olmayıb, əvəzində o, bütün bunların Moskva görüşündə müzakirə edilməsini istəyib”, - deyə diplomatik mənbələr vurğulayıblar.

Asif



Oxumağa davam et
Reklam
Reklam

Gündəm