Paşinyan Əcəmoğlundan kömək istədi: Ermənistan DALANA DİRƏNİB
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Əcəmoğlundan kömək istədi: Ermənistan DALANA DİRƏNİB

Ermənistanın yeni hökuməti erməni əsilli Türkiyə vətəndaşı, iqtisadçı Daron Əcəmoğlundan kömək istəyir.

Publika.az
xəbər verir ki, Nikol Paşinyan baş nazir seçiləndən sonra Əcəmoğlu ilə telefon danışığı aparıb.

Ermənistan mediası yazır ki, Ermənistan çıxılmaz vəziyyətdədir. Buna görə də Əcəmoğlu kimi iqtisadçının məsləhətinə ehtiyac var. Paşinyan Əcəmoğlundan İrəvana gəlməyi və “iqtisadiyyatın inkişafında” kömək etməyi istəyib. Əcəmoğlu bu təklifi qəbul edib, lakin onun nə vaxt Ermənistana gələcəyi məlum deyil.

Türkiyədə dərc olunan “Aqos” adlı erməni qəzetinə açıqlama verən Əcəmoğlu Paşinyana müsbət cavab verdiyini, lakin Ermənistana necə kömək edəcəyini bilmədiyini deyib.

Lakin “Ermənistanın səsi” yazır ki, Əcəmoğlu ermənilərə heç bir kömək edə bilməyəcək, çünki ölkədə qurulmuş iqtisadi sistem buna imkan vermir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm