Bakıda Ukrayna mütəfəkkiri Taras Şevçenkonun xatirəsi anılıb
Bizi izləyin

Tabloid.az

Bakıda Ukrayna mütəfəkkiri Taras Şevçenkonun xatirəsi anılıb

Bakıda tanınmış Ukrayna şairi, yazıçısı, mütəfəkkiri Taras Şevçenkonun xatirəsi anılıb.

Bakıda tanınmış Ukrayna şairi, yazıçısı, mütəfəkkiri Taras Şevçenkonun xatirəsi anılıb.

Bu il T.Şevçenkonun 200 illik yubileyi qeyd olunur. Bununla əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyi Ukrayna diasporunun nümayəndələri ilə birgə tədbir keçirib.

Tədbir iştirakçıları Bakının Nəsimi rayonunda T.Şevçenkonun abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko qeyd edib ki, T.Şevçenkonun yaradıcılığı həmişə aktual olub və bu gün də öz əhəmiyyətini itirməyib.

Mərasimdə çıxış edənlər mütəfəkkirin yaradıcılıq irsinin çox qiymətli olduğunu bildiriblər.

Tədbir çərçivəsində "Barvinok" bədii ansamblı və Lesya Ukrainka adına Sumqayıt Ukrayna Mədəniyyət Mərkəzinin ansamblı çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm