"Nuh" 3 ölkədə qadağan edildi
Bizi izləyin

Tabloid.az

"Nuh" 3 ölkədə qadağan edildi

Türkiyədə 3 Apreldə nümyiş olunması planlaşdırılan və baş rolda son həftələrdə Türkiyədə Gelibolu ilə əlaqədar yeni bir film çəkən Rassell Krounun "Nuh: Böyük Tufan" filmi 3 Şərq ölkəsində qadağan edildi.

Publika.Az "Əl Ərəbiyyə"yə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmrlikləri, Qətər və Bəhreyn, İslami etiqadlara zidd olaraq Qurani Kərimdə adı çəkilən Peyğəmbərlərin üzünü göstərdiyinə görə filmin nümayişmini qadağan etdi. Misirdəki Əl Əzhər Universiteti keçən həftə verdiyi bir fətvayla filmin İslama zidd ünsürlər daşıdığını irəli sürmüşdü. 3 ölkədən sonra Misir, İordaniya və Küveytin də filmin nümayişini qadağan etməsi gözlənilir.

Fragmentləri Türkiyədəki kinoteatrlarda indidən nümayiş olan filmdə hələ də İstanbulda yeni film çəkilişlərini davam etdirən Rassell Krounun yanında Ənthoni Hopkins və Emma Uatson kimi digər məşhur aktyorlar da rol alır.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm