Tabloid.az
Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi
11 mart 2014-cü il saat 17:00-da Rəssamlar İttifaqı, Vəcihə Səmədova adına sərgi salonuda Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisinın açılış mərasimi keçiriləcək.
11-15 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xalq rəssamı Cəmil Müfidzadənin "Cizgilərə hopan ömür" adlı 80 illik yubiley sərgisi keçiriləcəkdir. Sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunacaqdır.C.Müfidzadə 1934-cü ildə anadan olmuşdur. İxtisas təhsilini əvvəlcə Bakıdakı məşhur "Əzimzadə məktəb"ində, sonra isə Xarkov Rəssamlıq İnstitutunda almışdır. 1957-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Milli təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə respublikanın əməkdar (1982) və xalq rəssamı (2002) fəxri adlarına layiq görülmüşdür. Dünyanın müxtəlif ölkələrində beynəlxalq sərgilərin iştirakçısı olub, xaricdə 10-dan çox fərdi sərgisi keçirilib. Əsərləri Rusiya, Almaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustan və digər ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır. "İçərişəhər", "Abşeron nefti", "Bakı neft paytaxtı", "Buhenvald", "Xınalıq", "Monqolustan torpağında", "Misir təəssüratları" və s. silsilə əsərləri xüsusilə məşhurdur. Xüsusilə məşhur "İçərişəhər" silsiləsi onun bədii kəşflərinin debütü olub. Fərdi yaradıcılıq vasitələri ilə seçilən cizgilər bu silsilədən əsərlərin bənzərsizliyini və özünəməxsusluğunu parlaq təcəssüm etdirir.
Cəmil Müfidzadə yaradıcılığında özünəməxsusluq, milli-mənəvi dəyərlər çox qabarıqdır. Onun milli sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, əsərlərindəki hərtərəfli ümumiləşdirmələr miniatür sənət ənənələri ilə həmahəngdir.
Hazırda yaradıcılıq axtarışlarını davam etdirməklə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika kafedrasında müəllim kimi fəaliyyət göstərərək, gənc rəssamlara sənətin sirrlərini aşılamaqla məşğuldur. O, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.
Ünvan: Bakı şəhəri, Xaqani 19, Rəssamlar İttifaqı,
V.Səmədova sərgi salonu
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO