Kostyumunu dəyişə bilmədi, səhnəyə alt paltarda çıxdı - Foto
Bizi izləyin

Tabloid.az

Kostyumunu dəyişə bilmədi, səhnəyə alt paltarda çıxdı - Foto

Məşhur amerikan müğənnisi Mayli Sayrus martın 9-da “Bangerz Tour” konsert çərçivəsində Amerikanın Miluoki şəhərində konsert verib. Mahnılardan birinin ifası üçün səhnəyə tələsən Mayli kostyumunu geyinməyə vaxt tapmadığı üçün pərəstişkarların qarşısına eləcə alt paltarında çıxıb.

Sonradan “Twitter” səhifəsində öz geyimi haqqında yazıb: “ Mən “23” mahnısını yeni kostyumda ifa etməliydim. Tələsdiyim üçün alt paltarında çıxmalı oldum. Əvvəllər belə hadisə ilə qarşılaşmamışam. Lakin pərəstişkarlarımı çox sevdiyim üçün “23” mahnısının ifasını buraxa bilməzdim. Şou davam etməli idi.”

Qeyd edək ki, müğənninin alt geyimləri səhnə geyimləri kimi açıq deyildi. Konsertlərdə istifadə etdiyi kostyumlar Robert Cavalli, Marc Jacobs və Bob Mackie tərəfindən hazırlanır və bir çox insanlar tərəfindən açıq olmasına görə tənqid olunur.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm