“Burda məni təəccübləndirən hamam oldu” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Burda məni təəccübləndirən hamam oldu” - Fotolar

“Burda məni təəccübləndirən hamam oldu” - Fotolar

Xəbər verdiyimiz kimi Martın 11-də Dövlət Gənc Tamaşaçılar Teatrında “Lineynin trilogiyası”nın premyerası baş tutub. Qeyd edək ki, afişalarda diqqət çəkən məqamlardan biri də tamaşanın qarşısında 18+ qadağası idi. Təbii ki, tamaşa erotik ifadələrdən xali deyildi. Hər halda, Azərbaycan tamaşaçısı üçün bunun özü də bir yenilik idi. Nə isə…

Publika.az Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boxdan müsahibə alıb.

- Belə bir beynəlxalq layihənin Azərbaycana gətirilməsi teatrsevərlərimiz üçün bir yenilikdir. Bu, necə baş verdi?

- Bu layihə British Council Azərbaycan nümayəndəliyinin dəstəyi ilə reallaşan bir layihədir. Layihə “Səhnəarxasında” proqramı çərçivəsində reallaşıb. İngiltərə teatr sahəsində öz ideya və təcrübələrini beynəlxalq aləmdə təqdim edir ki, bu layihənin də missiyası bundan ibarətdir. Məqsədimiz teatr sahəsində bilgi, düşüncə, təcrübəmizi bölüşməkdən ibarətdir.

- Azərbaycanda bu layihənin gerçəkləşməsi üçün imkanların bir araya gəlməsi çətinlik törətmədi ki?

- Yox, çünki biz bunun üçün əvvəlcə hazırlıq işləri apardıq, treninqlər, master-klaslar təşkil etdik. Bu proseslər bütün sahələri əhatə etdi, aktyorlardan, rejissorlardan tutmuş rəssam-dizaynerlərə qədər.

-Yeri gəlmişkən, bizim aktyorlarla çalışmaq sizdə hansı təəssüratlar yaratdı? Bir əcnəbi rejissorun əcnəbi aktyorlarla işləməsi çətin olmadı ki?

- Əslində çox maraqlı və fərqli təəssürat idi. Bu işbirliyindən zövq aldım. Düzdür, məvacibin azlığı üzündən bir çox aktyorları bir araya yığmaqda bəzi problemlər də ortaya çıxdı. Çünki onların da işləri vardı, pul qazanmaq üçün çalışdıqları məkanlara getməliydilər. Amma sonuncda hər şey uğurla nəticələndi.

- Tamaşada açıq-saçıq səhnələr yer alıbmı?

- Hər halda, hər şey etik norma çərçivəsindədir. Tamaşa həyatın təcəssümüdür. Mən seyrçilərə məsləhət görərdim ki, bu tamaşaya gəlib baxsınlar və teatr təcrübəmizi bölüşək.

- Azərbaycan teatrı barədə indiyədək məlumatınız var idimi?

- Sualınızı səmimi cavablandıracağam. Açığı, Azərbaycana gələndə bu ölkənin teatrları barədə mənə qısaca məlumatlar verdilər, vəssalam. Burda mənə üç teatr tamaşasının səhnələşdirilməsi həvalə olunmuşdu, özü də qısa vaxt ərzində. Buna görə də mənim sizin ölkənin teatrları barədə məlumat əldə etməyim üçün zamanım yox idi. Ola bilsin gələcəkdə mən Bakıya gəlim və teatr təcrübəniz, eləcə də bu sahə ilə bağlı bilgilər əldə edim.

- Bakı sizdə hansı təəsüratlar oyatdı, bəyəndinizmi şəhərimizi?

- Şəhəriniz çox gözəldir. Xüsusilə də arxitektura diqqətimi çəkdi. Heyf ki, vaxt azlığından belə gözəl şəhəri gəzə bilmədim. Burda məni ən çox təəccübləndirən isə hamam oldu.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm