• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan İtaliyada keçirilən ilk incəsənət və muzey beynəlxalq sərgi mübadiləsi festivalında təmsil olunur

Azərbaycan İtaliyada keçirilən ilk incəsənət və muzey beynəlxalq sərgi mübadiləsi festivalında təmsil olunur

Azərbaycan martın 11-də ilk dəfə İtaliyanın Turin şəhərində işə başlayan incəsənət və muzey beynəlxalq sərgi mübadiləsi festivalında (AMIEX) təmsil olunur.

İtaliyanın Mədəniyyət və Sənaye Fondu tərəfindən təşkil olunmuş tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.

İkigünlük tədbirdə incəsənət, mədəniyyət, humanitar və bu kimi digər sahələrdə təcrübə mübadiləsi aparmaq, mədəni mərasimlərin, sərgilərin, festivalların təşkili istiqamətində müzakirələr baxımından yaxşı imkan yaradır. Tədbir iştirakçıları müvafiq sektorlarda baş verən son yeniliklərlə tanış olmaq fürsəti əldə etmişlər.

Festival çərçivəsində beynəlxalq muzey sektorunun aparıcı iştirakçıları və müvafiq sahənin mütəxəssisləri ilə görüşlər təşkil edilmiş, sərgilər və mədəni tədbirlərin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, festivalda gələcək illərdə də bu cür tədbirlərin keçirilməsi üçün atılacaq addımlar, yeni sərgi məkanlarının kəşf olunması və bu tədbirlərdə ən yüksək texnologiyaların tətbiqi və bu kimi mövzular müzakirə edilmişdir.

Tədbir işini tematik seminarlarla davam etdirmişdir.

baku-art.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR