Londonda Azərbaycan klassik musiqisinin təntənəsi yaşanıb
Bizi izləyin

Tabloid.az

Londonda Azərbaycan klassik musiqisinin təntənəsi yaşanıb

Londonda Azərbaycan klassik musiqisinin təntənəsi yaşanıb

Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Böyük Britaniyanın paytaxtı Londonda solo-kosnert proqramı ilə çıxış edib. Publika.az-ın məlumatına görə Novruz bayramı ərəfəsində təşkil olunan “Yazın səsi” adı altında baş tutan klassik musiqi axşamı anşlaqla baş tutub.

Fidan Hacıyeva bildirib ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə 400 nəfərlik tamaşaçı tutumu olan “King`s Place” incəsənət və kulinariya mərkəzində təşkil olunub: “Konsertdə tamaşaçıların çoxu ingilislər idi. Konsertin təşkilatçılığı yüksək səviyyədə təşkil olunmuşdu, tamaşaçıları isə klassik musiqi vurğunları idi. Konsertdə yeniliklərdən biri də o idi ki, Azərbaycan klassik musiqilərini ingilis dilində ifa etdim və sözün həqiqi mənasında bu hal gözəl qarşılandı. Dəfələrlə izləyicilər tərəfindən ayaq üstə alqışlandım və bu hal Azərbaycan klassik musiqisinin təntənəsi idi”.

İfaçı əlavə edib ki, iki saatlıq konsertdə Müslüm Maqomayevin ”Azərbaycan”, Rauf Hacıyevin “Sevgilim”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından hissələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində ifa edib. Bununla yanaşı, Fidan Hacıyevanın ifasında Üzeyir Hacıbəyli, Cövdət Hacıyev, Tomas Arne, Friderik Şopen kimi dünya şöhrətli bəstəkarların repertuarından musiqilər səsləndirilib:

“Konsert iki hissədən ibarət idi və proqram çox çətin idi. Konsert bitdikdən sonra tamaşaçıların ayaqüstə alqışları ilə yenidən zala qayıtdım və yenidən bir əsər ifa etdim” – deyən F.Hacıyeva onu da əlavə edib ki, səfər müddətində ingilislər tərəfindən eyni proqramla bu ilin iyun ayı üçün “Royal Opera House”da çıxış etmək təklifi alıb. Eyni zamanda, azərbaycanlı ifaçı Londonda olarkən daha bir neçə təkliflər də alıb və gələcək üçün bu təklifləri dəyələndirəcək.

Onu da əlavə edək ki, konsertdə iştirak edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin musiqi mədəniyyətinin dərin tarixi köklərə malik olduğunu bildirib.

Qeyd edilib ki, kökləri Sovet İttifaqı və ondan çox əvvəllərə gedib çıxan Azərbaycan musiqisi hazırda bütün dünyada özünəməxsusluğu ilə seçilir. Şərqdə ilk operanın məhz azərbaycanlı sənətkarın yazdığı xüsusi vurğulanıb. Qarşılamağa hazırlaşdığımız Novruz bayramı haqqında da məlumat verən diplomat, bu münasibətlə təşkil edilən konsertdən məmnunluğunu ifadə edib, qonaqlara xoş vaxt keçirmələrini arzulayıb. Konsertdə Fidan Hacıyevanı gənc pianoçu Zülfiyyə Sadıqova müşayiət edib.

Konsertlə bağlı təəssüratlarını bölüşən "Azərbaycan Evi"nin nümayəndəsi Fəridə Pənahova sözügedən konsertə ötən ilin sentyabrından hazırlıq görüldüyünü bildirib. Onun sözlərinə görə, konsertin keçirilməsində əsas məqsəd tək Novruz bayramını qeyd etmək deyil, həm də Azərbaycan musiqisini və musiqiçilərimizi ingilis auditoryasına tanıtmaq olub:

“Düşünürəm ki, biz məqsədimizə çox yüksək səviyyədə nail olduq. Konsertdə tamaşaçılar arasında adi tamaşaçılarla yanaşı, çoxsaylı səfirliklərdən nümayəndələr var idi. Eyni zamanda konsertdə xüsusi olaraq musiqi tənqidçiləri dəvət olunmuşdu. Konsert o qədər müvvəfəqiyyətlə baş tutdu ki, konsertdən çıxan hər tamaşaçı çox razı idi. Tamaşaçılar hətta Fidan xanımın bir də nə zamanİngiltərədə konsert verəcəyini xəbər alırdı. Həqiqətən də həmin gün Londonda Azərbaycan klassik musiqisinin təntənəsi yaşandı və bu hər bir azərbaycanlının ürəyindən xəbər verirdi. Qonaqlar Fidan Hacıyevanı “qızıl səsli” adlandırdılar. Azərbaycanlı pianoçu Zülfiyyə Sadıqova haqqında isə dedilər ki, onun əlləri sanki dəniz dalğasıdır və bir musiqini ancaq bu qədər yüksək səviyyədə ifa etmək olar”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm