Sankt-Peterburqda Mstislav Rostropoviçin memorial lövhəsi açılacaq
Bizi izləyin

Tabloid.az

Sankt-Peterburqda Mstislav Rostropoviçin memorial lövhəsi açılacaq

Sankt-Peterburqda Mstislav Rostropoviçin memorial lövhəsi açılacaq

Martın 18-də Sankt-Peterburqun “Naberejnaya Kutuzova” 16 ünvanında Mstislav Rostropoviçin memorial lövhəsinin təntənəli açılış mərasimi keçiriləcək.

Mstislav Rostropoviç Fondunun rəsmi saytına istinadla xəbər verilir ki, dünya şöhrətli musiqiçinin həyatının mühüm hadisələri Sankt-Peterburqla bağlıdır. D.Şostakoviç və B.Brittenin əsərlərinin premyerası, maestronun konsertləri, o cümlədən möhtəşəm violonçel silsilə konsertləri, onun parlaq musiqiçilər yetişdirdiyi Leninqrad Dövlət Konservatoriyasında müəllimliyi, A.S.Puşkin Evi Fondu, Çeçen müharibəsi qaçqınları üçün xeyriyyə konsertləri və digər tədbirlər bu şəhərdə keçirilmişdir.

Mstislav Rostropoviç və Qalina Vişnevskaya “Naberejnaya Kutuzova” ünvanına 1994-cü ildə köçmüş və öz qiymətli arxivlərini məhz bu evə gətirmişlər.

Müvafiq yerdə memorial lövhənin quraşdırılması qərarı Sankt-Peterburq hökuməti tərəfindən 2009-cu ildə verilmişdir.

Memorial lövhə heykəltəraş Rüstəm İqamberdiyev, memar Anton Medvedev, rəssam Aleksandr Dodondan ibarət müəlliflər kollektivi tərəfindən hazırlanmışdır.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm