Ancelina Coli növbəti əməliyyata hazırlaşır
Bizi izləyin

Tabloid.az

Ancelina Coli növbəti əməliyyata hazırlaşır

Tanınmış amerikalı aktrisa Ancelina Coli növbəti əməliyyata hazırlaşır. Genetik testlər göstərir ki, onda süd vəzi xərçənginin yaranması ehtimalı yüksəkdir.



Bu barədə aktrisa özü məlumat verib.



"Daha bir əməliyyat məni gözləyir. Belə bir qərar qəbul etdiyimə sevinirəm. Bəxtim gətirib ki, belə yaxşı həkimlərim var", - o əlavə edib.



O, çox adamın yaxşılığından və dəstəyindən təsirləndiyini bildirib.



Ötən ilin avqust ayında da tanınmış aktrisa süd vəzinin çıxarılması əməliyyatından keçmişdi. Onun anası 56 yaşında həmin xəstəlikdən vəfat edib. /Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm