Lipetskdə “Sevimli artistə ithaf...” adlı konsert olub
Bizi izləyin

Tabloid.az

Lipetskdə “Sevimli artistə ithaf...” adlı konsert olub

Rusiyanın Lipetsk şəhərində dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Sevimli artistə ithaf...” adlı konsert olmuşdur.

Rusiya Azərbaycanlı Gənclər Birliyindən (RAGB) bildirmişlər ki, xeyriyyə tədbirini RAGB-nin Lipetsk Vilayət Bölməsi Lipetsk Şəhər Administrasiyasının mədəniyyət departamenti və Şəhər Gənclər Birliyinin dəstəyi ilə təşkil etmişdir.

Tədbirin keçirildiyi “Oktyabr” kinoteatrında Müslüm Maqomayevin həyat və yaradıcılığının parlaq məqamlarını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdur.

RAGB-nin Lipetsk Vilayət Bölməsinin rəhbəri Qəşəng Abbasova tədbiri açaraq bildirmişdir ki, konsertdən yığılan vəsait əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım üçün istifadə ediləcək.

Lipetsk Şəhər Administrasiyası mədəniyyət departamentinin sədri Viktor Dolqix və Şəhər Gənclər Birliyinin rəhbəri Aleksey Bulqakov konsertin təşkilinə görə Azərbaycan diasporuna təşəkkürlərini bildirmişlər.

Tədbirin aparıcıları Sabir Cəfərov və Sergey Matvienko dahi müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığı barədə məlumat vermişlər.

Sonra Lipetsk vilayətinin tanınmış səhnə ustalarının ifasında Müslüm Maqomayevin repertuarından mahnılar səslənib.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm