• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İlqar Mikayıloğlunu öz verilişində pərt etdilər

İlqar Mikayıloğlunu öz verilişində pərt etdilər

Xalq artisti, aktrisa Kubra Əliyeva ANS-in “Günəbaxan” verilişində qəzəblənib. Aktrisa telekanalların teatra maraq göstərmədiyini və onları yada salmadığını deyib: “İlqar, bax elə sən özün, verilişin sponsorlarının adını çəkib, onları reklam edirsən. ANS - ə də gileyim var. Əvvəllər bir telekanal vardı - AzTv. Teatrda hansı premyera, tamaşa olurdusa, o saat işıqlandırırdı. Amma bu gün televiziyalar teatrı reklam eləmirlər. Teatr, aktyorlar unudulub. Sanki bir zavod açılıb və yalnız müğənni istehsal edir. Nə qədər olar müğənniləri reklam etmək, bu teatr adamlarını da arada verilişlərə çağırın”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR