Tarkan ölən gəncləri belə yad etdi - FOTO
Bizi izləyin

Tabloid.az

Tarkan ölən gəncləri belə yad etdi - FOTO

Türkiyənin dünya şöhrətli müğənisi Tarkan dünən gecə Tvitter ünvanından yalnız Berk Əlvan üçün deyil, Gəzi hadisələrində həyatını itirən gənclər üçün bir qrafik şəkil paylaşıb.

Həyatını itirən Əli İsmayıl Korkmaz, Abdullah Comərd, Məhmət Ayvalıtaş, Əhməd Atakan, Həsən Fərid Gədik, Ailə Yıldırım, Əthəm Sarısulük və Berkan Əlvanın adından sonsuzluq işarəsinin təsvir edildiyi qrafik təsvir qısa müddətdə çoxsaylı izləyicilər tərəfindən bəyənilib.

Qeyd edək ki, 15 yaşlı Berkin Əlvan Türkiyədə Gəzi parkında aksiyalar zamanı polis tərəfindən zorakılığa məruz qalıb. 269 gündür komada olan yeniyetmə Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunub. B.Əlvan müalicə müddətində 45 kiloqramdan 16 kiloqrama düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb. /Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm