Varşavada azərbaycanlı rəssam Həmid İbadullayevin sərgisi açılıb
Bizi izləyin

Tabloid.az

Varşavada azərbaycanlı rəssam Həmid İbadullayevin sərgisi açılıb

Azərbaycanın Polşadakı səfirliyinin və Varşava şəhərinin Mazovetski Mədəniyyət və İncəsənt Mərkəzinin təşəbbüsü ilə həmin mərkəzin Elektor zalında azərbaycanlı rəssam Həmid İbadullayevin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Səfirlikdən bildiriblər ki, sərgidə Azərbaycanın bu ölkədəki səfiri Həsən Həsənov, mərkəzin direktoru xanım Aleksandra Kielan, “Azərbaycan Mədəniyyət Mərkəzinin” sədri Şəhla Kazımova, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Polşada akkreditə olunmuş diplomatlar, burada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzvləri iştirak ediblər.

Ş. Kazımova sərgini açıq elan etdikdən sonra mərkəzin direktoru Aleksandra Kielan sərgi haqqında ümumi məlumat verib.

Səfir H. Həsənov çıxışında Azərbaycan rəssamlıq məktəbi, bu məktəbin tanınmış nümayəndələri haqqında ətraflı məlumat verib. Azərbaycan rəssamlq məktəbi nümayəndələrinin sənət əsərlərinin Polşanın bir neçə vlayətlərində rast gəlindiyini də əlavə edib.

Polşada yaşayan rəssam Həmid İbadullayevin Azərbaycan rəssamlıq məktəbinin gənc nümayəndələrindən olduğunu söyləyən H. Həsənov, onun yaradıcılığında Avropa məktəbinin nümunələrinə rast gəlindiyini xüsusi olaraq vurğulayıb.

Sərgi aprelin 30-dək davam edəcək. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm