Azərbaycanın ehtiraslı modeli türk serialına çəkilir – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanın ehtiraslı modeli türk serialına çəkilir – FOTO

Azərbaycanın tanınmış modeli Könül Əzizova Türkiyədə “Beni böylə sev” adlı serialda rol alıb.

Publika.az-ın məlumatına görə, yaradıcılıq işlərini Türkiyədə quran model bildirib ki, bu təklif onun üçün gözlənilməz olub: “Sözün düzü Türkiyədə bir serialda rol almağım mənim üçün çox xoşdur. Bu təklif gələn zaman düşünmədən qəbul etdim. Baxmayaraq ki, serialda mən çox az süjetdə yer almışam, amma düşünürəm ki, öz rolumla yadda qalmağı bacarmışam. Bu mənim aktrisa kimi ilk işim olsa da, sonuncu işim deyil. Ümid edirəm ki, növbəti seriallara da dəvət alacam”.

Xatırladaq ki, “Beni böylə sev” serialı Türkiyənin “TRT” kanlında yayımlanır. Model K.Əzizozova serialın 46-cı bölümündə rol alıb. Serialın rejissoru isə Cem Tabakdır. Ssenari müəlifi isə Hakan Haksun, Müjdan Kayserli olub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm