Maykl Ceksonun 31 yaşlı oğlu tapılıb - DNK testi
Bizi izləyin

Tabloid.az

Maykl Ceksonun 31 yaşlı oğlu tapılıb - DNK testi

Maykl Ceksonun 31 yaşlı oğlu tapılıb - DNK testi

DNK nəticələri Brendon Hovardın Maykl Ceksonun oğlu ola bildiyini göstərib. Amma Brendon baş verənlərdən məyyus olub.


Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Brendon 1980-ci illərdə Maykl Ceksonun atası Co Ceksonun təmsil etdiyi müğənni Miki Hovardın oğludur. Brendona yaxın mənbə Miki və Maykl Ceksonun 1982-ci ildə tanış olduqlarını və Brendonun bir qədər sonra doğulduğunu yazıb.

Ceksonların vəkili Hovard Vaytzman bu oğlan haqda heç zaman eşitmədiklərini deyib.

Brendonun meneceri Skott Brumfild tərəfindən yayılan bəyanatda Brendan baş verənlərdən narazılığını ifadə edib. “Mənim pərəstişkarlarım, ailəm və dostlarıma son zamanlar yayılan ehtimallarla bağlı demək istəyirəm ki, mən DNK-mın Maykl Ceksonun DNK-sı ilə müqayisə edilməsinə icazə verməmişəm. Bu bahar mən FilmOn.TV-nin çəkdiyi sənədli filmidə iştirak etməyə razılaşdım və DNK-dan nümunə verməyimi istədilər. Baxmayaraq ki, mən buna razılığımı verdim, mən DNK-mın bu məqsəd üçün nəzərdə tutulduğundan xəbərsiz idim. Bu günədək mən nə Maykl Ceksonun oğlu olduğumu demişəm, nə də Ceksonların mülkiyyətinə iddialı olmuşam,” deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm