Sevda Yəhyayeva ilk dəfə sevdiyi şəxsdən danışıb - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sevda Yəhyayeva ilk dəfə sevdiyi şəxsdən danışıb - FOTOLAR

Tanınmış müğənni Sevda Yəhyayeva maraqlı açıqlamalar verib.

Tanınmış müğənni Sevda Yəhyayeva maraqlı açıqlamalar verib.

Ötən gün sənət yoldaşları ilə bir araya gəlib Novruz bayramının çəkilişində iştirak edən ifaçı şəxsi həyatı barədə məlumat verib. Bundan öncə sevdiyi şəxs barəsində danışmağı sevməyən Sevda axır ki, danışıb. İfaçı ilk dəfədir ki, sevdiyi şəxsin olduğunu etiraf edib.

Müğənni artıq 8 ildir ki, həmin şəxslə birlikdə olduğunu və onu sevdiyini etiraf edib: "Mən sevirəm, hər kəsə də sevməyi arzu edirəm. Bu, çox gözəl bir hissdir. Kimliyini isə hələ ki, demirəm. Vaxtı gələndə o, özü çıxıb münasibətimiz haqda danışacaq".

Bundan əlavə olaraq müğənni gəlinlik libası geyinmək istədiyini bildirib. Buna baxmayaraq heç vaxt necə bir gəlin olacağı barədə xəyal qurmadığını vurğulayıb: "Mən xəyallarla yaşamağı xoşlamıram. Tezliklə hər şey aydın olacaq”.

Qeyd edək ki, Sevda Yəhyayeva ötən gün qatıldığı çəkilişdə libası ilə göz qamaşdırıb.

İfaçının yeni fotolarını sizlərə təqdim edirik: /showlife.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm