Tabloid.az
Mini ətəkli, açıq sinə dekoltəli 40 gözəl qız seçilib - FOTOLAR
“Miss Eurovision of Azerbaijan” gözəllik yarışmasının yarımfinalına vəsiqə qazanan iştirakçılar bəlli olub.
Publika.az-ın xəbərinə görə xanımların adları “The Public” klubda keçirilən mətbuat konfransında açıqlanıb.
Konfransdan öncə isə “High Life Fashion & Model Academy” nin təşkilatçılığı ilə keçirilən yarışmanın 1-ci turunun sonuncu kastinqi baş tutub. Münsif heyətində bir çox tanınmış məşhurlar yer alıb. Onların arasında layihə rəhbəri, modelyer Mübariz Allahverdizadə, layihənin təşkilatçısı, Aqil Məmiyev, əməkdar artist Hüsniyyə Mürvətova, müğənnilər Nura Suri, Zamiq Hüseynov, aparıcılar Nərgiz Cəlilova, Şəhriyar Əbilov, model Oksana Rzayeva, yarışmanın keçən il Azərbaycan təmsilçisi model Anastasiya Bern, Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı, model İlqar Əliyev olub. Geyimlərində daha çox mini ətəyə, açıq sinə dekoltəsinə üstünlük verən xanımları münsiflər heyəti özlərini yetərincə nümayiş etdirə bilməməkdə ittiham ediblər.
Nərgiz Cəlilova yarışmanın gedişindən razı olduğunu, layiqli iştirakçının seçilməsini arzulayıb. Hüsniyyə Mürvətova budəfəki müsabiqədə daha çox gözəl qızın iştirak etdiyini deyib:“Qızlar, özünüzə daha çox inanın və səhnədə özünüzü göstərin. İnşallah, sonda ən gözəli qalib olar”.
Adlarının açıqlanmasını səbirsizliklə gözləyən gənc xanımlar bu müddətdə bolluca rəqs ediblər.
Qeyd olunub ki, yarımfinal mərhələsinə 40 gözəl iştirakçı vəsiqə qazanıb. Onların yalnız 22 nəfəri final mərhələsində iştirak etmə şansı qazanacaqlar. Sonda isə seçiləcək bir qalib gözəl avtomobil qazanmaqla yanaşı, ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcək.
Tədbirin sonunda Avropanın tanınmış müğənnisi və bəstəkarı Toni Rey solo konsert proqramı ilə çıxış edib.
Nərmin
Fotolar Elçin Muradındır
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR