Anar Nağılbaz Hüseyn Dəryaya ölümündən sonra “dost” dedi - VİDEO
Bizi izləyin

Tabloid.az

Anar Nağılbaz Hüseyn Dəryaya ölümündən sonra “dost” dedi - VİDEO

Repçi doğulduğu Bərdə rayonunda dəfn olunmasını vəsiyyət etsə də, Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, tanınmış repçi Hüseyn Dərya bir az əvvəl son mənzilə yola salındı. Aeroport yolunda “OPEL” markalı avtomobillə “KamAZ” markalı yük maşının toqquşması ilə nəticələnən qəzada həyatını itirən Hüseyn Dərya ilə vidalaşmağa az sayda sənət adamları gəlib. Hüseyn Dərya doğulduğu Bərdə rayonunda dəfn olunmasını vəsiyyət etsə də, Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Hüseyn Dəryanı son mənzilə yola salanların arasında həmkarı Anar Nağılbaz da olub. İllər boyu Hüseyn Dərya ilə aralarında münaqişə yaşanan Nağılbaz, ölümündən sonra Dəryanı dost adlandırıb: “Çox istedadlı bir dostumuzu itirdik. O, yeni bir yol başladı, hansıki arxasınca çox adamlar gəldilər. Onu sevənlər çox oldu. Azərbaycan repinin inkişafına böyük töhvələr verdi. ”

Martın 15-də gecə saatlarında qəza nəticəsində ağır xəsarət alan Hüseyn Dərya 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilsə də, həkimlər onu həyata qaytara bilməmişdilər. Repçi əməliyyat masasında dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm