"Bütün TV-lər "Elgizli axşamlar"ın dublikatını çıxarıb" - ÖZƏL
Bizi izləyin

Tabloid.az

"Bütün TV-lər "Elgizli axşamlar"ın dublikatını çıxarıb" - ÖZƏL

"Bütün TV-lər "Elgizli axşamlar"ın dublikatını çıxarıb"

Tanınmış jurnalist, “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər Publika.az-a açıqlama verərək MTRŞ-nın ANS-ə göndərdiyi tövsiyyə xarakterli müraciətinə münasibət bildirib:

”Mən Nuşirəvan müəllimin ANS-ə göndərdiyi tövsiyyə xarakterli məktubunu dəyərləndirirəm, ordakı iradları haqlı sayıram.

Nuşirəvan müəllim, ziyalı, əsil vətəndaş, eləcə də işini gözəl bilən azsaylı televiziya mütəxəssislərdən biri, mən deyərdim ki, birincisidir. Onun iradlarını gələcəkdə nəzərə alacağam və verilişimdə tətbiq edəcəyəm.

Burda söhbət eyniformatlı verilişlərin doğurduğu qıcıqdan gedir. Onu deyim ki, mənim verilişim yeni deyil, altı il əvvəl “Elgizli axşamlar” proqramı adı altında efirə gedib. “Adam içində” həmin verilişin gündəlik, həm də canlı versiyasıdır. Bu altı ildə veriliş heç bir problem yaratmayıb. Narazılığa səbəb olmayıb”.

Elgiz hətta bu verilişə görə, çoxsaylı mükafatlar aldığını da söylədi. Hətta onu da bildirdi ki, həmin proqrama görə 2011-ci ildə Türkiyənin Mədəniyyət və turizm bakanlığı və şəhər valisinin təqdimatı ilə “Türk dünyasının ilk aparıcısı” adına layiq görülüb.

Hansı ki, Azərbaycanda yeganə aparıcıdır ki, belə bir beynəlxalq ödüllə təltif olunub: “Mən həmin verilişə görə bu qədər mükafatlara layiq görülmüşəm. Sadəcə, bəzi telekanallar mənim bu formatımı götürüb, verilişimin dublikatını çıxarıblar. Cəmi baxılan 3-4 telekanal var ki, bu verilişləri ifrat dərəcəyə çatdırdılar və camaat da bezdi. “Adam içində” verilişi 7 aydır ki, efirdədir, amma ən çox sevilən verilişdir. O ki, qaldı "facebook" səhifələrindəki tənqidi fikirlər səsləndirən insanlara,"sağ olsunlar" .Başa düşürəm, bar verən ağaca həmişə daş atarlar”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm