Polad Ələmdarın bacısı özünü körpüdən atdı
Bizi izləyin

Tabloid.az

Polad Ələmdarın bacısı özünü körpüdən atdı

“Kurtlar Vadisi Pusu” serialında Safiyə kimi tanıdığımız Qaye Gürsəl rejissor Biray Dalkıranın yeni filmi “Mələklərin möcüzəsi”ndə baş rolda çəkilir. Gürsəl filmdəki intihar səhnəsi üçün ötən gün Qalata körpüsündən özünü atıb.

Dublyordan istifadə etməyən aktrisa körpüyə çıxıb, özünü 15 metr yüksəklikdən suya atıb. Gürsəl çəkilişdən sonra deyib: "O qədər yüksəklikdən özümü necə atdığıma təəccübləndim. Tək xatırladığım şey suyun çox soyuq olmasıdır".

Gənc oyunçunun Hakan Türkşənlə baş rolu paylaşdığı "Mələklərin möcüzəsi" filmi aprelin 4-ündən televiziyada yayımlanacaq./“Axar.az”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm