Monika Belluççi Ülviyyə Rəhmanovanın saytına müsahibə verdi
Bizi izləyin

Tabloid.az

Monika Belluççi Ülviyyə Rəhmanovanın saytına müsahibə verdi

“Gözəl sima aktrisa üçün hər şey demək deyil. Oynamaq lazımdır”.

Monika Belluççi klassik üz cizgiləri, zərifliyi, seksuallığı və şirin italyan ləhcəli ingiliscəsi ilə illər öncə hər kəsi heyran edib.


Moskvada Dolce & Gabanna kornerinin təqdimatından öncə italiyalı aktrisa və model Buro 24/7 saytına eksklüziv müsahibəsində yeni işləri, moda dünyası və kişilər haqqında danışıb.



Həmin müsahibəni sizə təqdim edirik:


- Siz Dolce & Gabbana şirkətinin ruhunu hamıdan yaxşı anlayırsınız. Sizcə, Dolçe və Qabbana tandeminin digər dizaynerlərdən fərqi nədədir?



- Mən uzun illərdir ki, onlarla həm dostluq edirəm, həm də çalışıram. Məni 1989-cu ildə gənc italyan model kimi ilk dəfə kəşf ediblər. İllər keçsə də bu cütlük hələ də məni reklam kampaniyalarında iştirak etməyə və markanın siması olmağa dəvət edirlər. Bu heyranedicidir. Dolce & Gabanna-nın spesifikliyi də məhz bu münasibətdədir: gözəllik gənclik demək deyil.


- Model sənətindən aktrisalığa keçmək çətin olmadı?



- Mən moda biznesində 20 yaşımda çalışmağa başladım və kinoda özümü sınamaq qərarı verdim. Bir sahədən digərinə keçid məndən səbir və güc tələb edirdi. Modellik gözəlliyi ötürmək sənətidirsə, kinoda aktrisa oynamağı bacarmalıdır. Xarici gözəllik aktrisa üçün hər şey demək deyil.


- Monika Belluççi kişilərdə hansı xüsusiyyətləri qiymətləndirir?



- Şəxsi təcrübəmdən çıxış edərək nə isə demək çətindir, çünki hər bir hal fərdidir. Bəzən sənə dəyər verməyən birinin dərdindən ölürsən. Bir sözlə, mələklər kimi şeytanlar da cəlbedicidir.


- İndi nə üzərində çalışırsınız?



- Emir Kusturitsanın “Sevgi və müharibə” filmində çəkilirəm. Bu, müharibədən keçən və daha sonra rahib olan insanın həyatından bəhs edir. Mən filmdə onun sevdiyi qadın rolundayam. Çəkilişlər Serbiyada aparılır. Oranın təbiətinə və adət-ənənələrinə heyran qalmışam. Hətta serb dilini öyrənmək haqqında da düşünürəm. /Gecce.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm