Nişanlısından ayrılan azərbaycanlı müğənninin sabah toy gecəsidir - Foto, Video
Bizi izləyin

Tabloid.az

Nişanlısından ayrılan azərbaycanlı müğənninin sabah toy gecəsidir - Foto, Video

Son günlər şəxsi həyatı ilə gündəmə gələn estrada müğənnisi Aygün Rəhimova daha bir ilkə imza atıb. Həmkarı Sabir Əhmədovla həftələrlə davam edən nişanını pozan müğənni, tanınmış meyxanaçı Namiq Qaraçuxurlu ilə tərəf müqabili olacaq. Bu barədə oxucularımızı ATV telekanalında izlənmə rekordlarını təzələyən "Toy gecəsi" serialının rejissoru Yaşar Əhmədov məlumatlandırdı:

" "Oscar production" olaraq beşinci aydır ki, tamaşaçı marağına səbəb olan serial ərsəyə gətiririk. Murad obrazı ilə özünü aktyor kimi təsdiqləyən Namiq Qaraçuxurlu kifayət qədər izləyici sevgisi qazanır. Komanda olaraq belə qərara gəldik ki, süjet xəttinə daha maraqlı hadisələr əlavə edək. Azərbaycanın tanınmış aktyoru, İrəvan Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev və estrada müğənnisi Aygün Rəhimovanı serialın 23-cü bölümünə əsas obrazları canlandırmağa dəvət etdik. Aygün Ləman adlı varlı bir iş xanımını, İ.Piriyev isə onun əmisi olaraq biznesmen Tahir Nuriyev obrazını canlandıracaq. Detalları açıqlamaq istəmirəm. Odur ki, martın 19-u saaat 19.00-dan etibarən bütün oxucularınızı "Toy gecəsi"ni izləməyə dəvət edirəm".

Məlumat üçün bildirək ki, Novruz bayramından sonra yaradıcı heyət serialda baş rol alan aktorların iştirakı ilə kokteyl gecəsi təşkil etməyi planlaşdırır. Tədbirə jurnalistlər də dəvətli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm