Röya: “Çox bahalı qadınam...”
Bizi izləyin

Tabloid.az

Röya: “Çox bahalı qadınam...”

Müğənni Röya Ayxan ötən gün “Lider” telekanalında yayımlanan “Solo” verilişinin qonağı olub.

Türkiyə layihəsindən bəhs edən sənətçi ona gələn təkliflərdən danışıb. O, aparıcı Murad Arifin “Röya-Tarkan dueti reallaşa bilər?” sualına belə cavab verib:

“Ozan Çolaqoğlu dəfələrlə təklif edib ki, Tarkanla duet oxuyun. Hətta bir dəfə deyirdi ki, “Bəlkə də” mahnısında Tarkan vokalçı olsun. Tarkana tıəklif etsəydik razılaşardı da. Amma onu narahat etmək istəmədim. Mən sırtıq kimi hərəkət etmirəm. Orada da buna görə mənə qiymət verirlər. Ümumiyyətlə, biz - Azərbaycan müğənniləri özümüzə qiymət veririk”.

Ulduzluq xəstəliyinə heç vaxt tutulmayacağını deyən Röya xaricdə olarkən təşkilatçılara tələblərini açıqlayıb:

“Kənardakı insanlar xasiyyətimdə dəyişiklikləri görə bilər. Amma daxilimdə bilirəm ki, ulduz xəstəliyinə tutulmamışam. Məndə heç vaxt ulduzluq olmayacaq. Bütün dünya ulduzlarının zəif nöqtəsi var. Hansısa verilişə gedəndə tələbləri olur. Mən burada verilişlərə dəvət olunanda baxıram, istədiyimi görməyəndə getmirəm. Durub onlardan tələb etmirəm ki, bunlar mütləq olsun. Amma Türkiyədə mənim də tələblərim var. Qalacağım otel səsyazma studiyasına yaxın olmalıdır. Əgər mən oteldən çıxıb, tıxacda qalıb nə qədər vaxtdan sonra studiyaya çatacağamsa, onda oxumayacağam”.

Müğənni ana olduqdan sonra gözəlləşdiyini deyib: “İlk övladım dünyaya gəldikdən sonra hamı deyirdi ki, Röya, gözəlləşmisən. İndi də istəyirəm, ikinci uşağı dünyaya gətirim, lap gözəlləşim”.

Röya ona qarşı səhv addım atanlara şans vermədiyini vurğulayıb: “Mən özümə güclü qız kimi baxıram. Bu sənətdə güclülər qaldı, zəiflər getdi. Şou-biznesdə ikiüzlülük ancaq kişilərdədir. Burada oğlanlardan söz gedir. Qadınlarla mübahisə, rəqabət, səviyyəsizlik. Üstündən bir müddət keçir, gəlirlər barışmağa. Amma qapılar bağlıdır, eləsinə şans düşmür. Mən diqqəti ailəmə, oğluma, Kənana (prodüser Kənan Bayramov - red.) verirəm. Elələrini tanısaydım, qarpızdoğrayanı müğənni etməzdim. Mən Azərbaycanın ulduzuyam. Ən gözəl mahnıları mən oxumuşam. Azərbaycanda müğənnilər arasında çox bahalı qadınam. Bu neçə illərdir belədir, kimlər mübarizə aparsa da, mənə çatmayıb”./Axşam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm