“Azərbaycan repi rəhmətə getdi”
Bizi izləyin

Tabloid.az

“Azərbaycan repi rəhmətə getdi”

Ötən həftə rəhmətə gedən reper Hüseyn Dəryanın yas mərasimində sənət dostlarının iştirak etməməsi rejissor Kənan Mahmudovu qəzəbləndirib.

“Qafqazinfo”nun məlumatına görə, rejissor sosial şəbəkədə yas mərasimində iştirak etməyənləri qınayıb:

“Və Dərya getdi...Mən bu aləmdə çox şeyə təəccüb edirdim. Amma bu gün Dəryanın yas mərasimində iki-üç sənət adamından başqa heç kimi görmədikdən sonra daha heç nəyə təəccüb etmirəm. Bir zamanlar Dərya ilə duet oxumaq növbəsinə duran dırnaqarası ulduzları görmədim, əllərində mikrafon, kamera Dəryanın arxasıyca qaçan jurnalistləri görmədim. Dərya içki içirdi, indikilər içmir? Dərya bir zamanlar narkotika qəbul edirdi, indiki xalq artistləri qəbul etmirlər? Onun bu problemləri özünə məxsus idi, amma daxildə o məndən və özünə sığışdırmayıb narkoman yasına gəlməyənlərdən min dəfə yaxşı insan idi. Hansınızın adını fanatlarınız divara yazırdı? Hansınızın fanatları paltarınızı üzərinizdən parçalayıb çıxardırdı? Hansınızın fanatı özünü sizə oxşatmaq istədi? Amma Dərya bunları elədi. Azərbaycan repi rəhmətə getdi. Kim inciyirsə, özü bilər. Adresimi bilirsiniz. Şou-biznesə nifrət edirəm. Allah sizlərə hidayət versin.

Dərya gəlişi və gedişi ilə partlatdı. Dünyaya milyon Hüseyn gələcək, amma heç biri Dərya olmayacaq. Dəryanın qohum tərəfdən heç kimi yoxdur, onu yerdən dostları götürdü. Orada olan kişi qeyrətli qadın sənətçilərin qarşısında baş əyirəm. Özünü jurnalist sayan dostlar, bu statusu mən yazmışam və sözümə də cavabdehəm. Paylaşın, axı sizə material lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm