Elza Seyidcahanın oğlu nişanlandı - Özəl
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahanın oğlu nişanlandı - Özəl

Əməkdar artist Elza Seyidcahan qəzəblənib.

Publika.az-a asıqlama verən bəstəkar-müğənni oğlu ilə bağlı yazılan xəbərlərdən əsəb sarsıntısı keçirdiyini deyir: “Oğlumun köhnə nişanlısı ilə keçmişdə çəkdirdiyi toy şəklini bəzi saytlar veriblər. Ayıbdır, oğlumun niyə bəxtinə pis təsir göstərirlər? Nişanlı adamdır, niyə onun keçmiş nişanlısı ilə şəkillərini yayırlar, məqsədləri nədir? Niyə oğlumun ailəsini dağıtmaq istəyirlər? Birincisi, mən heç yerdə deməmişəm ki, oğlumu evləndirirəm. İkincisinə qalanda, niyə mənim ailəmin içinə soxulurlar? Mən gedib Türkiyədə konsert verdim, bunu yazan olmadı. Amma dünəndən telefefonlarım susmur. Hamı məndən oğlumun nişanlanıb-nişanlanması ilə bağlı xəbər istəyir”.

Yeri gəlmişkən, Elza Seyidcahan Novruz bayramında Bakıda olmayacaq. Sənətçi Türkiyədə solo-konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, bəzi saytlarda Elza Seyidcahanın oğlunun nişanlanacağı haqda xəbərlər getmişdi. Elza hələ ki, bir neçə qız arasında seçim etdiyini demişdi. Konkret olaraq Publika.az-a isə sənətçi oğlunu nişanladığını özəl olaraq bildirdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm