“Kapellhaus”-da qeyri-adi Novruz şənliyi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Kapellhaus”-da qeyri-adi Novruz şənliyi - FOTOLAR

Bu gün 1 saylı Psixiatriya Xəstəxanasının Reabilitasiya mərkəzinin pasientləri “Kopellhaus”-da Novruz bayramı münasibətilə konsert proqramı ilə çıxış ediblər. Tədbir Alman - Azərbaycan Mədəniyyət Birliyi və 1 saylı Psixiatriya Xəstəxanasının Reabilitasiya

Bu gün 1 saylı Psixiatriya Xəstəxanasının Reabilitasiya mərkəzinin pasientləri “Kapellhaus”-da Novruz bayramı münasibətilə konsert proqramı ilə çıxış ediblər. Tədbir Almaniya - Azərbaycan Mədəniyyət Birliyi və 1 saylı Psixiatriya Xəstəxanasının Reabilitasiya mərkəzinin təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Almaniya səfirliyinin dəstəyi ilə keçirilib.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tempel çıxış edərək Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə 1 saylı Psixiatriya Xəstəxanasının rəhbəri Həsən Rəsulov çıxış edərək bu xeyriyyə tədbirini təşkil etməkdə dəstək olanlara təşəkkürünü bildirib, reabilitasiya mərkəzində müalicə alan insanların sağlamlığına qovuşmasında belə tədbirlərin mühüm rol oynadığını qeyd edib.

Bayram tədbirində 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Reabilitasiya mərkəzinin pasientləri musiqi alətlərində ifa edib, milli rəqslərlə çıxış edib, pantomima, müxtəlif filmlərdən fraqmentlər göstəriblər. Tədbirdə pasientlərin əl işləri və rəsmləri də nümayiş olunub. Qeyd olunub ki, müxtəlif səhnəciklərdə nümayiş olunan geyimlər də məhz bu insanların əl işləridir.

Rəngarəng görüntüləri ilə qonaqların marağını cəlb edən konsert proqramının hər bir nömrəsi alqışlarla qarşılanıb. Xeyriyyə məqsədi ilə keçirilən tədbir “Second Cup” firması tərəfindən dəstəklənib.

Nərgiz Liftiyeva

(Fotolar müəllifindir)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm