Novruz bayramı UNESCO-da qeyd edilib - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Novruz bayramı UNESCO-da qeyd edilib - FOTOLAR

“Novruz xalqlar arasında birlik, dostluq və həmrəylik bayramıdır”. Bu sözləri martın 19-da Novruz bayramı münasibətilə UNESCO-da keçirilmiş tədbirdə Əfqanıstanın qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Məhəmməd Kasem Fazelli təbrik çıxışında

“Novruz xalqlar arasında birlik, dostluq və həmrəylik bayramıdır”. Bu sözləri martın 19-da Novruz bayramı münasibətilə UNESCO-da keçirilmiş tədbirdə Əfqanıstanın qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Məhəmməd Kasem Fazelli təbrik çıxışında deyib.

qeyd edək ki, UNESCO-nun prosedur qaydalarına əsəsən, Novruz bayramının qeyd olunduğu ölkələrdən birinin səfirinə bayram münasibətilə çıxış etmək həvalə olunur. Builki bayram təbrikini Əfqanıstan səfiri edib.

Novruz bayramının 2009-cu ilin sentyabrında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ilin fevralında isə BMT Baş Assambleyasının 64-cü sessiyasında hər il martın 21-nin dünyada “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi ilə bağlı qərarı xatırladan səfir baharın gəlişindən, təbiətin oyanışından xəbər verən bu bayramın dünyada yüz milyonlarla insan tərəfindən qeyd olunduğunu diqqətə çatdırıb.

Əfqanıstanlı diplomat Novruz bayramının mədəniyyətlərarası dialoqun tərkib hissəsi kimi xalqların yaxınlaşmasında, adət-ənənələrlə tanışlıqda, dostluq əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynadığını xüsusi vurğulayıb.

Səfir Novruzun əsasən, Əfqanıstanda, İranda, Azərbaycanda, Hindistanda, Türkiyədə, Qazaxıstanda, Pakistanda, Özbəkistanda və Türkmənistanda qeyd edildiyini, bu bayramın artıq el şənliyinə çevrildiyini deyib.

Novruz bayramının qeyd edildiyi ölkələrin səfirlərinin, UNESCO-da akkreditə olunan diplomatik korpus əməkdaşlarının, Fransa ictimaiyyətinin nümayəndələrinin, müxtəlif ölkələrin diaspor təşkilatları təmsilçilərinin iştirak etdikləri tədbirdə Azərbaycanın və Türkiyənin incəsənət ustalarının ifasında xalq mahnıları və musiqi səsləndirilib.

Konsertdən sonra tədbir iştirakçıları Azərbaycan, Türkiyə, Hindistan, Əfqanıstan, Pakistan, İran və Qazaxıstan mətbəxinin nümunələri ilə tanış olublar.

Qonaqlara Azərbaycan mətbəxindən bəhs edən broşürlər paylanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm