“Dünyaya saf gələnlər, dərdə bələnib gedəcək” - Zaurdan yeni şeir
Bizi izləyin

Tabloid.az

“Dünyaya saf gələnlər, dərdə bələnib gedəcək” - Zaurdan yeni şeir

Tanınmış teleaparıcı Zaur Baxşəliyev özünün Instagram səhifəsində yazdığı yeni şerini izləyiciləri ilə paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, teleaparıcı şerini “Təzə peçdən çıxıb. Fikirləşdim ki, sizə öz şerlərimdən təqdim edim, əgər şer demək olarsa” şərhi ilə təqdim edib:

Bükülürəm dərdlərimə varaq varaq

Köhnəlmir köhnələrim, yenilərim vurmur qaysaq.

Yıxılıram, dururam, hey özümü qovuram,

Yaxın gəlmə bu acıya tabın çatmaz,

Qoy soyulum, öz odumda qoy qovrulum,

Dərd məni çiy yeyir, udur məni qurtum-qurtum.

İstəyirəm dərdi yortum, mən də ondan heç olmasa

Dadar-doymaz bircə qurtum içim, udum.

İçimdə bir dərd yoğurum, doğum onu bir körpə tək.

Onsuz da dünyaya saf gələnlər, dərdə bələnib gedəcək,

Oxumağa davam et
Reklam
Reklam

Gündəm