"Bütün xeyir işləri Novruza saxlayın"- Təbrizdə Novruz adətləri
Bizi izləyin

Tabloid.az

"Bütün xeyir işləri Novruza saxlayın"- Təbrizdə Novruz adətləri

"Bütün xeyir işləri Novruza saxlayın"- Təbrizdə Novruz adətləri

Novruzun gəlişi Amerika azərbaycanlıları tərəfindən də böyük sevinclə qarşılanır. Müxtəlif ştatlar və şəhərlərdə keçirilən tədbirlərdə Azərbaycan icmasının üzvləri qədim adət və ənənələri yaşatmağa çalışır. Virciniya ştatında yaşayan güneyli sənətşünas Ketayun Sernesar Amerikanın Səsinə müsahibədə ABŞ-da və İranın özündə azərbaycanlıların Novruz bayramını necə qeyd etdiyindən danışır.

K. Sernesar Novruzun baharın gəlişindən xəbər verdyini, təbiətin canlanması ilə insanın da ruhən təzələndiyini deyir.

“Qulaq falına gedirdik, ona görə tövsiyə edirdilər ki, həmişə yaxşı sözlər danışın, çünki o sözə görə yorum yapırlar.”

​​
Təbrizdə boya-başa çatan Ketayun xanım Novruzun xüsusilə uşaqlar tərəfindən çox böyük sevinclə qarşılandığını, bayrama bir neçə həftə əvvəldən hazırlıqların başlandığını söyləyir.


O, Novruz günlərində ağbirçək nənələrin tövsiyələrini xatırlayır: “Nənələrimiz bizə deyərdilər ki, bayram axşamı evinizdə oturun, bu, uğur gətirir.”Əslən təbrizli olan Ketayun xanım bayram günləri Təbrizin mətbəx ənənələrini qeyd edir: “Təbrizdə bayramın birinci günü yarpaq dolması bükürük, o ocağın üstündə gərək qaynaya, həm iyi çıxır, həm də qadınlar bunun bərəkət gətirdiyinə inanır.”

Ketayun xanım adətlərin kənddən-kəndə dəyişdiyini deyir. Onun sözlərinə görə, müasir dövrdə böyük şəhərlərdə bütün adətlərə əməl etmək o qədər asan deyil.

Sənətşünas Novruz bayramının qeyd edilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və insanların bayram şənliklərini istədikləri kimi keçirə bilməsini arzulayır: “Novruz bayramını evdən kənarda bir festival kimi qeyd etməyimizə icazə vermələrini istəyirik. İndi hamı bayramı öz evində qeyd edir, amma biz bayramı ürəyimiz istəyən kimi qeyd etmək istəyirik. Millətə tonqal qalamağa, axır çərşənbəni qeyd etməyə icazə vermələrini istəyirik. ”

İranın yeni hökumətinin dünya ölkələri ilə yaxınlaşdığı bir zaman Ketayun Sernesar Novruzun gəlişi ilə sülh, əmin-amanlıq və iqtisadi sabitliyin bərqərar olacağı ilə bağlı ümidlərini ifadə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm