Arnold Şvartseneggeri bu qız əvəz edəcək - Foto
Bizi izləyin

Tabloid.az

Arnold Şvartseneggeri bu qız əvəz edəcək - Foto

Arnold Şvarzeneggeri bu qız əvəz edəcək - Foto

"Tronların Oyunu" filminin iştirakçısı Emiliya Klark yeni "Terminator: Genesis" filminin çəkilişləri üçün arıqlamağa çalışır. Silahdan istifadə təlimi keçən aktrisa çayını şəkərsiz içir. "InStyle" jurnalına müsahibəsində Emiliya Klark ciddi pəhrizinə ləziz yeməklərin heç birini yeməməyin daxil olduğunu deyib.

Emiliya filmdə Sara Konnor rolunu, Arnold Şvartseneggerin iştirakı ilə 1984-cü ildə çəkilmiş klassik "Terminator" filmində terminator robotun qətlə yetirmək istədiyi qadın obrazını yaradacaq. Yeri gəlmişkən, Arnold bu filmdə də iştirak edəcək.



26 yaşlı aktrisa bütün gününü silahdan istifadə, ağırlıq qaldırmaq və kikboks təlimləri ilə keçirdiyini deyir. Bundan da başqa dadlı ola biləcək yeməklər yemədiyini bildirir. Bircə çay içməsinə icazə verildiyini deyir ki, o da şəkərsiz və südsüz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm