Estoniya parlamentində Novruz ab-havası - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Estoniya parlamentində Novruz ab-havası - FOTOLAR

Estoniyadakı azərbaycanlı icması və “Aydan” Gənclik Mərkəzi artıq yeddinci dəfədir ki, Novruz bayramını bu ölkənin parlamentində - Riyqikouda qeyd edir.

Estoniyadakı azərbaycanlı icması və “Aydan” Gənclik Mərkəzi artıq yeddinci dəfədir ki, Novruz bayramını bu ölkənin parlamentində - Riyqikouda qeyd edir.

Riyqikounun deputatı, Azərbaycanla parlamentlərarası dostluq cəmiyyətinin sədri Eldar Əfəndiyev AzərTAc-ın müxbiri ilə söhbətində deyib ki, deputatlara bayram xonçasını Tallindəki Laaqn gimnaziyasının şagirdi Aydan Sadıxova və Yakob Vestholm gimnaziyasının şagirdi Leyla Katşayeva milli geyimdə təqdim edib.

Azərbaycanlı icmasının və “Aydan” Gənclik Mərkəzinin rəhbəri Niyazi Hacıyevin başçılığı ilə parlamentin dəhlizlərində və zallarında bayram nümayişi təntənəli və gözəl alınıb.Azərbaycan şirniyyatlarına qonaq edilmiş parlament sədrinin müavinləri Layne Randyarv və Yuri Ratasu bildirib ki, parlamentdə Novruz ab-havası hökm sürür. Riyqikounun sentrist fraksiyasının sədri Kadri Simson da paxlava və şəkərburanın təkrarsız dadını tərifləyərək, bahar əhval-ruhiyyəsinə görə Azərbaycan diasporunun nümayəndələrinə təşəkkürünü bildirib.

E.Əfəndiyev məlumat verib ki, parlamentdə siyasi süjetlər çəkən yerli televiziya bu fürsəti əldən verməyərək, eston parlamentarilərinin iştirakı ilə qeyd olunan Novruz bayramı haqqında reportaj hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm