Müğənni Əli Mirəliyev haqqında cinayət işi açıla bilər – HƏBS
Bizi izləyin

Tabloid.az

Müğənni Əli Mirəliyev haqqında cinayət işi açıla bilər – HƏBS

Müğənni Rəqsanə İsmayılova həmkarı Əli Mirəliyevi məhkəməyə verib.

Müğənni Rəqsanə İsmayılova həmkarı Əli Mirəliyevi məhkəməyə verib.

Sənətçi bu haqda ANS telekanalının “Günəbaxan” verilişində bildirib.

Buna səbəb Ə.Mirəliyevin onun ünvanına təhqiramiz sözlər işlətməsi olub:

“Bir dəfə mənim haqqımda biabırçı ifadələr söylədi. Cavab vermədim, susdum, ona hörmət etdim. Dünən eşidirəm ki, başqa verilişdə yenə eyni sözləri deyib. Hamı məni qınayır ki, niyə onun cavabını vermirsən? Qorxursan? Mən də gedib Əli Mirəliyevi məhkəməyə verdim”.

Qeyd edək ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş hərəkətləri müəyyən etdikdə hər bir halda, həmin Məcəllənin 121-ci maddəsinin I və II hissələrinldə və 122-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri müəyyən etdikdə isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq zərərçəkənin və ya onun nümayəndəsinin bu barədə şikayəti olduğu hallarda cinayət işi başlaya bilər.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm