• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Azərbaycan Litvalı gənclərin gözü ilə” adlı fotosərgi açılıb

“Azərbaycan Litvalı gənclərin gözü ilə” adlı fotosərgi açılıb

Martın 24 etibarən Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən Mikolos Romeris Universitetində “Azərbaycan Litvalı gənclərin gözü ilə” adlı fotosərgi açılıb.

Publika.Az-ın verdiyi xəbərə görə, Litva Azərbaycanlı Gənclər Təşkilatından (AYOL) verilən məlumatına görə, sərbəst girişli və ictimaiyyətə tam açıq olan bu sərgidə Azərbaycanın gözəl guşələri, mədəniyyəti və adət-ənənələrini əks etdirən 40-dan çox foto nümayiş etdirilir.

Sərgidə 19 nəfər Litvalı gəncin“Azərbaycan Litvalı gənclərin gözü ilə” fotosərgi çərçivəsində yaratdığı rəsm əsərləri də yer alıb. Rəsm əsərləri ilə bağlı elan olunmuş müsabiqənin qalibləri AYOL adından diplom, pul mükafatı ilə təltif edilib, digər iştirakçılara isə hədiyyələr təqdim olunub.

Şəhər sakinlərinin böyük marağına səbəb olan sərgi aprel ayının ikinci həftəsinə kimi davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin ideya müəllifi Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) idarə heyətinin üzvü Toğrul Əliyevdir. Müəllifin sözlərinə görə, layihənin başlıca məqsədi Litvalı gənclər arasında Azərbaycan haqqında məlumatların daha geniş yayılmasından, onların Azərbaycana maraqlarının artırılmasından, o cümlədən ölkəmizə dair məlumata malik gənclər tərəfindən Azərbaycan haqqında fikirlərini öz rəsm əsərləri ilə çatdırmasından ibarətdir.

Mikolos Romeris Universitetində yerləşən sərgi artıq ilk gündən xeyli ziyarətçi toplayıb. Litvanın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulan bu sərgidə təşkilati dəstək AYOL tərəfindən həyata keçirilir. Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) Litvada yaşayan və təhsil alan gəncləri bir araya gətirmək və gənclərlə iş sahəsində ölkəmizi layiqli təmsil etmək məqsədilə 2012-ci il 26 iyun tarixində Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyinin dəstəyi ilə yaradılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR