Məşhur aktrisa ilə müğənni boşandılar
Bizi izləyin

Tabloid.az

Məşhur aktrisa ilə müğənni boşandılar

Amerikalı aktrisa, Hollivud ulduzu Qvinet Peltrou və əri, musiqiçi Kris Martin boşanıblar.


Milli.Az Reuters-ə istinadən bildirir ki, Peltrou ilə Martinin dediklərinə görə, onlar ötən il ayrılmaq qərarına gəlsələr də, bir il fikirləşiblər.

"Bir-birimizi çox sevirik. Qəlbimizdə kədər ayrılırıq. Biz ailəyik və həmişə ailə olaraq qalacağıq. Əvvəlki dönəmlərlə müqayisədə indi bir-birimizə daha yaxınıq", - Peltrou və Martinin "Şüurlu ayrılıq" (Conscious Uncoupling) adlı birgə açıqlamasında deyilir.


Bu açıqlama Qvinet Peltrouya məxsus goop.com saytında yerləşdirilib. 41 yaşlı Qvinet Peltrou ilə Britaniyanın "Coldplay" qrupunun lideri, 37 yaşlı Kris Martin 2003-cü ilin dekabrında evlənmişdilər. Onların Mozes adlı oğulları və Epl adlı qızları var.


Aktrisa ilə musiqiçinin boşanma səbəbləri bəlli deyil.


Associated Press bildirir ki, onlar son vaxtlar tədbirlərə birlikdə qatılmırdılar. TMZ vurğulayır ki, ötən ayın sonlarında Kris Martin Londonun Belsayz Park səmtində 12 milyon dollar malikanə alaraq tək yaşamağa başlamışdı.


Boşanmanın əsas səbəbi kimi onların ABŞ-da yaşamaları göstərilir. 2003-cü ildəki toydan sonra uzun müddət Londonda yaşayan Peltrou ilə Martin ötən il Los-Ancelesə köçmüşdülər. Məhz bu köçdən sonra ərlə arvadın münasibətləri korlanmağa başlayıb.

Boşanmanın təşəbbüskarının Kris Martin olduğu deyilir. Çünki Londona alışmış musiqiçi ABŞ-a öyrəşə bilmirdi. Halbuki Peltrou sadəcə, doğulduğu şəhərə dönmüşdü

Oxumağa davam et
Reklam
Reklam

Gündəm